Əsirlər məsələsi: Ermənistan “hamının hamıyla” prinsipinə hazırdırbackend

Əsirlər məsələsi: Ermənistan “hamının hamıyla” prinsipinə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Ermənistan xarici işlər naziri Ara Ayvazyan respublikanın hərbi əsirlərin və məhbusların təcili və qeyd-şərtsiz mübadiləsini, eləcə də cəsədlərin qalıqlarının qaytarılmasını prioritet humanitar məsələ olaraq qəbul etdiyini bildirib.
TİA.AZ  bu barədə mk.ru saytına istinadla xəbər verir.
“Biz “hamının hamıyla” prinsipi ilə mübadilə aparmağa hazır olduğumuzu bildirdik və Azərbaycan tərəfinin bu prosesi pozmaq üçün heç bir cəhd göstərməyəcəyini gözləyirik”, – deyə Ayvazyan əlavə edib.