Əsir Rusiya kəşfiyyatçıları: Bu vəziyyətdə biz faşistik (VİDEO)backend

Əsir Rusiya kəşfiyyatçıları: Bu vəziyyətdə biz faşistik (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya ordusu Ukraynada faşist kimi fəaliyyət göstərir”.
 
TİA.AZ Pravda-ya istinadla xəbər verir ki, bu haqda Kiyevdə keçirilən birifinqdə əsir rus kəşfiyyatçıları etiraflarında deyiblər.
Jurnalistlər məhbuslardan ukraynalı uşaqlar və mülki şəxslər öldürüldükdə nə hiss etdiklərini soruşublar.
Bundan sonra rus məhbuslar başlarını aşağı salaraq bir neçə dəqiqə susublar.
Rusiya hərbçisi Maksim Çernikin deyib: “Bu vəziyyətdə bizim faşist olduğumuz ortaya çıxır. Dinc insanlar, qocalar belə ölür, çünki bu dünyanın nəhəngləri belə istəyirdi”.
Jurnalistlər açıq mətbuat konfransına çıxan rus hərbçilərinin Rusiyaya qayıtdıqdan sonra aqibətinin necə olacağını da soruşublar.
Məhkumlar “Bilmirik”, deyə cavab veriblər.
Brifinqdə rus hərbçiləri fevralın 24-də səhər saat 4-də onları necə oyandırıldıqlarını, müharibəyə  göndərildiklərini, göndərilən əraziyə girərkən Silahlı Qüvvələrin hərbçilərinin cəsədlərini və Ukrayna bayraqlarını gördüklərini danışıblar.
Sonra BMP-ni necə itirdiklərini, qarşılarına bir kənd çıxdığını və təslim olduqlarını bildiriblər.