Əsir götürülən rusiyalı pilot Rusiya Müdafiə Nazirliyinin iddiasını təkzib etdi – VİDEObackend

Əsir götürülən rusiyalı pilot Rusiya Müdafiə Nazirliyinin iddiasını təkzib etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş daha bir rusiyalı pilotun görüntüləri yayılıb.

Kamera qarşısında danışan rusiyalı pilot Ukrayna şəhərlərinə zərbə endirilərkən yüksək dəqiqlikli silahlardan istifadə olunmadığını etiraf edib. O, qeyd edib ki, istifadə olunan bombalar idarə olunmayan bombalardır.

Bu cür bombalar isə xüsusən dinc əhalinin yaşadığı ərazilərdə istifadə olunduqda dəhşətli fəsadlar törədir.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi aviazərbələr zamanı yüksək dəqiqlikli silahlardan istifadə olunduğunu iddia edir.