Tribuna İnformasiya Agentliyi

“Əsgərlərinizi çəkin…” – Ankaradan Moskvaya 4 TƏLƏB

24 Mart

Rusiyanın nəzarətində olan Suriyanın Afrin bölgəsindən açılan snayper atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin Rehyanlı vilayətində əsgər Hüseyn Köroçun ölümündən sonra Ankara-Moskva arasında münasibətlər gərginləşib. Rusiyanın nəzarətində olan Suriyanın Afrin bölgəsindən açılan snayper atəşi nəticəsində Türkiyənin Hatay bölgəsinin Rehyanlı vilayətində əsgər Hüseyn Köroçun ölümündən sonra Ankara-Moskva arasında münasibətlər gərginləşib.

Publika.az xəbər verir ki, türk əsgəri PKK-nın Suriya qolu olan PYD tərəfindən şəhid edilib.

Bu hadisəyə görə, Rusiyanın Türkiyədəki hərbi ataşesi Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə Rusiyanın qarşısında 4 məsələ qaldırıb:

1. Anlaşmaya görə, Afrin bölgəsi Rusiyanın nəzarətindədir. PYD-nin orada nə işi var? Snayperlə türk əsgərini necə şəhid edə bilirlər?

2. Rus əsgərlərini Afrindən çıxardın. Türkiyə təhdid olacağı təqdirdə, bölgəyə hücum edəcək. Rus əsgərləri hansı məqsədlə oraya yerləşdirilib?

3. Bölgədə Türkiyəyə qarşı hansısa hücum olsa, daha sərt şəkildə müdaxilə ediləcək. Bu məsələdə məsuliyyət Rusiyanın üzərindədir.

4. Baş verənlərlə bağlı Türkiyə məlumatlandırılmalıdır.