Ermənistanın müharibədəki itkin hərbçilərinin 1 367-nin öldüyü məlum oldubackend

Ermənistanın müharibədəki itkin hərbçilərinin 1 367-nin öldüyü məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin Füzuli rayonunda apardıqları axtarışlar zamanı bu ölkənin ikinci Qarabağ müharibəsində itkin düşmüş daha 2 hərbçisinin meyiti aşkarlanıb. TİA.AZ xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, meyitlərin şəxsiyyəti hələ məlum deyil. Bu səbəbdən də meyitlər məhkəmə-tibbi ekspertizadan keçiriləcək.

Qeyd edilir ki, bununla da Qarabağda meyitləri tapılan itkin erməni hərbçilərinin meyitlərinin sayı 1 367-yə çatıb.