Ermənistanın hərbi itkiləri 4005-ə çatdı (RƏSMİ)backend

Ermənistanın hərbi itkiləri 4005-ə çatdı (RƏSMİ)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan İkinci Qarabağ Müharibəsində verdiyi itkilərin yeni sayını açıqlayıb.
Ölkənin Səhiyyə Nazirliyi “Aysor.am” saytının sorğusuna cavab olaraq 3577 hərbçi cəsədinin məhkəmə-tibb ekspertizasını keçdiyini, daha 428 insan fraqmentinin DNT testindən keçiriləcəyini açıqlayıb.

 

Beləliklə, rəsmi Yerevanın etiraf etdiyi hərbi itkilər 4005-ə çatıb. Bununla belə, hakimiyyətin ölü, itkin düşənlər və yaralananlarla bağlı yekun rəqəmi hələ də açıqlamadığı qeyd olunur.