Ermənistanın əməkdar artisti: “Hardan istəyirlər ordanda ölkəmizə girirlər”backend

Ermənistanın əməkdar artisti: “Hardan istəyirlər ordanda ölkəmizə girirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizim ölkədə nə baş verdiyini və başımıza nələrin gələcəyini bilmək hüququmuz var”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Ermənistanın əməkdar artisti Arsen Qriqoryan Respublika meydanında keçirilən aksiyada deyib. Qriqoryan bütün ermənilərə müraciət edərək oyanmağa, dövlətin və milli maraqların müdafiəsinə qalxmağa çağırıb:

“Nə baş verdiyini bilmirik. Biz xalqın bir parçasıyıq. Xalqın tələbi ilə deyirik ki, imzalanması lazım olan, bizə, övladlarımıza, gələcəyinizə, əsgərlərimizin vəziyyətinə aid olan sənədləri ictimailəşdirin. Oyanmaq vaxtıdır, artıq problemlərimizi düşünməliyik”.

Qriqoryan hər kəsi onlara qoşulmağa və gələcək haqqında düşünməyə, sərhədi qoruyan əsgərin yanında olmağa çağırıb. Onun sözlərinə görə, bundan başqa prioritet məsələləri yoxdur:

“Nə yeyəcəyik, nə içəcəyik, bunlar vacib deyil. Bizim üçün vacib olan vətənimizin və əsgərimizin gələcəyidir. Görürsünüz ki, nə baş verir, yiyəsizlikdir, hardan istəyirlər ordanda ölkəmizə girirlər. Biz onları ordumuzu təchiz etməyə, gücləndirməyə çağırırıq. Çağırış edirik ki, əsgərimizi sillahlandırsınlar və gücləndirsinlər. Ordumuz güclüdür, amma texniki təchizat lazımdır, onları müasir silahlarla təmin etməliyik. Bizim birləşməkdən başqa çarəmiz yoxdur, birləşməliyik”.