“Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” – səfirin Moldova mətbuatına açıqlamasıbackend

“Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” – səfirin Moldova mətbuatına açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin 25 noyabr tarixində Azərbaycanın Moldovadakı səfir Qüdsi Osmanovun “Ermənistanın Azərbaycana 1 trilyon dollardan çox borcu var” başlıqlı müsahibəsi Moldova mətbuatında rus və rumın dillərində dərc edilib.

TİA.AZ-ın xəbərinə görə, müsahibədə səfir Q.Osmanova istinadən ermənilərin 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayaraq məscidləri, məbədləri, qəbiristanlıqları, evləri və abidələri dağıtdıqları, Azərbaycanın təbii sərvətlərini oğurlayaraq Qarabağın meşələrini yandırdıqları və buna görə cavab verməli olduqları qeyd edilib. Bununla əlaqədar, Prezident İlham Əliyevin hərbi cinayət törədən ermənilərin beynəlxalq məhkəmələrə veriləcəyinə dair çıxışını xatırladan səfir düşmənin, həmçinin qiymətli metalları, xüsusən də qızılı qanunsuz olaraq ixrac etdiyini bildirib.
Səfir müsahibəsində istehsalında qanunsuz olaraq qızıldan istifadə edildiyi dünyaca məşhur İsveçrə saat markası “Franck Muller Group”un qurucusu və baş icraçı direktoru Vartan Sirmakeslə yanaş,ı bir sıra erməni cinayətkarların istintaq orqanı tərəfindən beynəlxalq axtarışa verildiyini dilə gətirib. Səfir əminliklə ifadə edib ki, ikinci Dağlıq Qarabağ müharibəsindən 2 il əvvəl Ermənistanın Azərbaycana vurduğu zərərin miqdarı 818 milyard 880 milyon ABŞ dolları təşkil edirdisə, hazırda təzminatın məbləğinin1 trilyon ABŞ dollarından çoxdur.

Eyni zamanda, müsahibədə səfir Q.Osmanov Ermənistanın Azərbaycana borclu olduğunu Ermənistanın keçmiş Baş prokuroru və ölkənin İnsan Hüquqları üzrə Avropa Məhkəməsində keçmiş nümayəndəsi Gevork Kostanyanın da Moskva sülh sazişinə dair fikirlərində açıq şəkildə qeyd etdiyi diqqətə çatdırıb. Mütəxəssislərin fikirlərinə istinad edən səfir müsahibəsində Ermənistanın ölkəmizə vurduğu zərərin ödənilməsinin beynəlxalq hüquqa əsaslanaraq təmin edilməsi istiqamətində işlər aparıldığını və məsələyə dair beynəlxalq qurumların cəlb edildiyini bildirib.

Orijinal linklər:

https://ava.md/2020/11/25/armeniya-dolzhna-azerbaydzhanu-bolee/

https://deschide.md/ru/russian_news/opinion_ru/

https://noi.md/ru/v-mire/posol-za-vse-nuzhno-platiti?prev=1