“Ermənistanın 49 itkisi var və bu yekun deyil” – Paşinyanbackend

“Ermənistanın 49 itkisi var və bu yekun deyil” – Paşinyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində qarşı tərəfin itkiləri açıqlanıb.
TİA.AZ xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan məlumat verib. O parlamentdəki çıxışı zamanı bildirib ki, Ermənistan tərəfinin 49 itkisi var və bu rəqəm yekun deyil.
Qeyd edək ki, Müdafiə Nazirliyi sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətməsi barədə məlumat yayıb. Nazirliyin məlumatında təxribatların qarşısının alınması üçün cavab tədbirlərinin görüldüyü və hər iki tərəfin itkilərinin olduğu bildirilib.