ERMƏNİSTANI BEYNƏLXALQ TƏCRİD GÖZLƏYİR: QADAĞAN EDİLMİŞ SİLAHDAN İSTİFADƏ ETDİYİNƏ GÖRƏbackend

ERMƏNİSTANI BEYNƏLXALQ TƏCRİD GÖZLƏYİR: QADAĞAN EDİLMİŞ SİLAHDAN İSTİFADƏ ETDİYİNƏ GÖRƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan tərəfindən Azərbaycanın əhalisinin raket atəşinə tutmaq və mülki insanların ölməsinə səbəb olması beynəlxalq aləmdə qalmaqala səbəb ola bilər. TİA.AZ xəbər verir ki, bu iddia artıq rus mediasında müzakirə mövzusuna çevrilib.
Rus ekspertlər bildirir ki, Bərdə şəhərinə ermənilər tərəfindən kasset bombanın atılması və nəticədə 21 nəfərin ölməsi artıq beynəlxalq təşkilatlar tərəfindən təsdiqlənib. Belə ki, “Amenestiy İnternational” təşkilatı bəyan edib ki, Bərdədə insan ölümünə səbəb olan “Smerç” qurğusundan atılmış kassetli bombadır.
Ekspertlər deyir ki, belə bir cinayətə imza atması və beynəlxalq təşkilatların da təsdiqindən sonra Ermənistanı beynəlxalq təcrid təhlükəsi gözləyir. Lakin ekspertlər bu təcridin konkret nədən ibarət ola biləcəyi barədə konkret fikir bildirmirlər. Amma gəlinən qənaət odur ki, bundan sonra Ermənistana silah satışı ciddi nəzarət altında olacaq. Eyni zamanda, İrəvan bir çox ciddi iqtisadi və siyasi layihələrdən ya kənarlaşdırılacaq, ya da əvvəlki səviyyədə güvənilən tərəfdaş olmayacaq.
TİA.AZ xəbər verir ki, beynəlxalq təşkilatların Bərdədə qadağan edilmiş silahdan istifadə məsələsinin təsdiqlənməsindən İrəvanın ciddi narahatlıq keçirməyə başlayıb. Belə ki, İrəvan qadağan edilmiş silahdan onların deyil, Qaeabağdakı terrorçuların istifadə etdiyini deməklə, məsuliyyətdən kənar durmağa cəhd edir. Lakin ekspertlər Ermənistanın bu cəhdi əbəsdir, çünki Qarabağdakı separatçılar məhz İrəvanın himayəsində olduğunu deyirlər. Onların sözlərinə görə, separatçıları silahla təmin edənin Ermənistan olduğunu bütqn dünya bilir.