“Ermənistandakı dostlarımıza demişik ki…” – İran XİNbackend

“Ermənistandakı dostlarımıza demişik ki…” – İran XİN

“Təcili atəşkəsin əldə olunmasını istəyirik”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki gərginliyə münasibət bildirərkən deyib.

S. Xətibzadə deyib ki, İran Xarici İşlər naziri hər iki ölkənin XİN başçıları ilə geniş danışıqlar aparıb: “Biz Azərbaycan və Ermənistandakı dostlarımıza demişik ki, müharibəni dayandırsınlar, danışıqları başlasınlar və bu, məsələnin yeganə həll yoludur. Məsələni yaxından və diqqətlə izləyirik və təcili atəşkəsin təmin edilməsini istəyirik”.

S. Xətibzadə qeyd edib ki, hər iki tərəflə yaxşı münasibətləri olan bir ölkə olaraq İran bu ixtilafın əməldə həlli üçün yardım edir: “Mövcud vəziyyətdə hər iki tərəf problemi həll etmək üçün bir tənəffüs verməli və yaranmış tənəffüsdə məsələnin həlli üçün atmosfer yaranmalıdır”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki