“Ermənistandakı AES-in təmiri 3 il gecikib” – BMT-nin ekspertibackend

“Ermənistandakı AES-in təmiri 3 il gecikib” – BMT-nin eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandakı Atom Elektrik Stansiyasının təmiri ən azı 2-3 il gecikib.

TİA.AZ xəbər verir ki, bunu BMT-nin energetika məsələləri üzrə eksperti Ara Mərcanyan “Sputnik Armeniya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın enerji ehtiyacının 30 %-i atom stansiyasının payına düşür: “Ötən onilliklər ərzində iri su elektrik stansiyası tikməməklə böyük səhvə yol veriblər. Məhz atom və hidroenergetika Ermənistanın energetika təhlükəsizliyini təmin edə bilər”.

A.Mərcanyan qeyd edib ki, AES-in təmir məqsədilə 140 gün müddətinə dayandırılması energetika təchizatında gərgin durum yaradacaq.