Ermənistanda silah biabırçılığı: Sərgiyə göndərilən nümunələr “yox”a çıxıbbackend

Ermənistanda silah biabırçılığı: Sərgiyə göndərilən nümunələr “yox”a çıxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanda silah nümunələrini Əbu-Dabidəki sərgiyə təqdim etməli olan şirkət öhdəliklərini yerinə yetirməyib.
Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Yüksək Texnologiya Sənayesi naziri Vaaqn Xaçatryan bildirib.
O qeyd edib ki, silah nümunələrinin sərgiyə təqdim edilməməsi bir yana, indi həmin məhsulları geri qaytarmaq da problemə çevrilib: “Nümunələrin hansı səbəbdən Əbu-Dabiyə çatdırılmadığı barədə araşdırma aparılır. Çox güman ki, nümunələri təhvil verməli olan şirkət öhdəliklərini yerinə yetirməyib. Amma indi başqa problemlə üzləşmişik: həmin məhsulları geri qaytara bilmirik”.
Əbu-Dabidəki IDEX 2021 müdafiə texnologiyaları sərgisi fevralın sonunda keçirilib. 6 ay ötməsinə baxmayaraq, silah nümunələrinin geri qaytarılmaması müəyyən şübhələrə səbəb olub. Ehtimal olunur ki, nümunələr silah mafiyası tərəfindən “yox”a çıxarılıb. Mafiyanın bu işi Ermənistan hökuməti ilə müştərək şəkildə həyata keçirdiyini güman etmək olar.