Ermənistanda rusiyalı hərbçinin yanmış cəsədi tapıldı – FOTObackend

Ermənistanda rusiyalı hərbçinin yanmış cəsədi tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanda Rusiya hərbi bazasında xidmət edən əsgərin yanmış cəsədi tapılıb.
Bu barədə Shamshyan.com xəbər verib.
Bildirilir ki, Gümrüdə qeydə alınan hadisəyə səbəb qəza olub.
Belə ki, yanvarın 23-də 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakovun idarə etdiyi “Opel” markalı avtomobili ilə 83 yaşlı Gümrü sakini Serej Akopyana məxsus “KamAZ”ın qoşqusunun arxasına çırpılıb. Qəza nəticəsində “Opel”də yanğın başlayıb.
Xilasedicilər avtomobildə sürücünün yanmış cəsədini aşkarlayıblar.
Qəza ilə əlaqədar “ehtiyatsızlıqdan insan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi” maddəsi ilə cinayət işi başlanılıb.
Mənbənin verdiyi məlumata görə, Xomyakov Gümrüdəki Rusiya hərbi bazasında xidmət edib.