Ermənistanda nazir jurnalisti döydü – VİDEObackend

Ermənistanda nazir jurnalisti döydü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın yüksək texnologiya sənayesi naziri Akop Arşakyan jurnalist Paylak Faqradyana hücum edib.

Yerli “Verelq” portalının məlumatına görə, məsələ ilə bağlı jurnalist “Facebook”un canlı efirində danışıb.

Onun sözlərinə görə, hadisə İrəvan kafelərinin birində baş verib.

“Mən nazirin iş vaxtı kafedə olduğunu görüb, ona yaxınlaşdım və nə üçün burada olduğunu soruşdum. Arşakyan əvvəlcə dedi ki, gecə də işləyir və onun üçün bütün saatlar iş vaxtı sayılır. Daha sonra o, kameranı söndürməyi xahiş etdi”, – deyə Faqradyan bildirib.

Jurnalist bəyan edib ki, kameranı söndürdükdən sonra nazir onu “bu günü xatırladacağı” ilə təhdid edib. O isə cavab verib ki, nə vaxt istəsə xatırlada bilər və nazir olmaq o demək deyil ki, belə tərzdə danışmaq olar.

Daha sonra jurnalist öz masası arxasına qayıtdığını və kompüter arxasında işini davam etdirdiyini deyib. Lakin görünür, onun son sözləri nazirə yaman toxunub. Belə ki, Arşakyan jurnalistin yanına gələrək üzərinə hücum çəkib.

“O, əlimi zədələyib, kompüterimə zərbə vuraraq onu sıradan çıxarıb. Hətta masanın üzərindəki telefonum da zədələnib”, – deyə Faqradyan qeyd edib.

Jurnalist bildirib ki, o, kafedə quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış görüntüləri tələb edəcək və onları polisə təhvil verəcək. Hələlik isə, Faqradyan sosial şəbəkədə canlı efirdə dediklərini cinayət barədə xəbər kimi dəyərləndirməyi xahiş edib.