ERMƏNİSTANDA “BUNKER İCLASI” – PAŞİNYAN NİYƏ GECƏYLƏ PUTİNƏ ZƏNG ETDİ?backend

ERMƏNİSTANDA “BUNKER İCLASI” – PAŞİNYAN NİYƏ GECƏYLƏ PUTİNƏ ZƏNG ETDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfdə son vəziyyətlə bağlı erməni mediası yazır ki, Qafanın sərhəd kəndləri təxliyyə edilir: bu istiqamətdə hava hücumundan müdafiə sistemləri yerləşir;
– Gorusda hərbi obyekt sıradan çıxıb;
– Kəlbəcərlə sərhəddə yerləşən Zod kəndindən ermənilər çıxıb;
– Ermənistan Müdafiə Nazirliyində hələ də “bunker iclası”nın davam etdiyi deyilir. TİA.Az xəbər verir ki, bu informasiyalar Ermənistanın təxribatı daha da genişləndirəcəyi və uzunmüddətli etmək istəyindən xəbər verir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, sərhəddə döyüşlərin getdiyi vaxt Qarabağdakı separatçıların da təxribat törədəcəyi istisna deyil. Onun sözlərinə görə, Paşinyan Putinlə telefonda danışıb, bəllidir ki, Moskva atəşkəs üçün vasitəçiliyə başlayacaq: ”


Əsas məsələ erməni təxribatına qarşı cavab addımlarında nələr əldə etdiyimizdir. Bu prosesin siyasi tərəfləri olacaq, xüsusilə sərhədin müəyyən edilməsinin qaçılmazlığı bir daha aktuallaşdı. İndi gözləntilərimiz hərbi dividentlərin nədən ibarət olduğudur. Ki, rəsmi və qeyri-rəsmi məlumatlar bunun olduğuna dair fikri ön plana çıxarır”.

TİA.Az