Ermənistanda 3 nəfərdən biri yoxsuldurbackend

Ermənistanda 3 nəfərdən biri yoxsuldur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda yoxsulluğun səviyyəsi 30 faizə yaxınlaşdığı halda, baş nazir Nikol Paşinyan fevralın 12-dəki çıxışında 2020-ci ili ölkənin “çiçəklənmə ili” adlandırıb”.

TİA.AZ  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər üzrə nazirinin keçmiş müavini Tadevos Avetisyan fevralın 13-də jurnalistlərə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2018-ci ildə yoxsulluq 23,5 faiz, 2019-cu ildə bu göstərici 26,5 faiz səviyyəsində olub.

Keçmiş nazir müavini dövlət borcunun 10 milyard ABŞ dolların çatdığını bildirərək əlavə edib ki, bu vəziyyət humanitar fəlakətə səbəb olacaq.