Tribuna İnformasiya Agentliyi

Ermənistana məxsus PUA məhv edildi

15 Noyabr

Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib. Ermənistan Silahlı Qüvvələrinə məxsus PUA məhv edilib.

TİA.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.