Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi – RƏSMİbackend

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi – RƏSMİ

Oktyabrın 17-i gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki