Ermənistan Xızıya raket atıb-VİDEObackend

Ermənistan Xızıya raket atıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu ərazisində havada zərərsizləşdirilib.

Humanitar atəşkəs dövründə Ermənistan Silahlı qüvvələri tərəfindən atılan raket Xızı rayonu Sitalçay kəndi ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən havada zərərsizləşdirilib.

Raket şumlanmış əkin sahəsinə düşərək 3 hissəyə bölünüb.

Hazırda, raketin olduğu ərazi polis tərəfindən mühafizə olunur, əraziyə kənar şəxslərin daxil olmasına icazə verilmir.

Əraziyə ANAMA-nın mütəxəssislərinin gəlməsi gözlənilir.

16:08

Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistən silahlı qüvvələrinin bölmələri Azərbaycan ərazisini növbəti dəfə atəşə tutub.

Ermənistan silahlı qüvvələri tərəfindən Xızı rayonuna raket atılıb.

Lakin raket Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib və onun qalıqları əkin sahəsinə düşüb.