Ermənistan UNİCEF-in nümayəndəsini “Azərbaycanın agenti” çıxardıbackend

Ermənistan UNİCEF-in nümayəndəsini “Azərbaycanın agenti” çıxardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəyinə əsasən İrəvanda fəaliyyət göstərən UNİCEF-in nümayəndəsi Marin Klark-Hattinqi persona non-qrata elan edib. Və ölkədən çıxmasını tələb edib. JAMAZ.İNFO xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi bununla bağlı verdiyi açıqlamasında vurğulayıb ki, Klark-Hattinq öz işlərinə aid olmayan işlərlə məşğul olduğu üçün belə bir addım atılıb.

Erməni “Mediaport” teleqram-kanalı isə bu barədə məlumat yayaraq bildirib ki, UNİCEF-in Ermənistan nümayəndəsi Azərbaycan və Britaniya kəşfiyyatı ilə “əlbir” olub. Həmin kanalın “iddiası”na görə, Marin Klark-Hettinq barəsində araşdırma aparılıb və onun persona non-qrata elan edilməsi qərarlaşıdırılıb.

P.S. 44 günlük müharibə ermənilərin başını əməlli-başlı xarab edib. Hər yerdə “Azərbaycan agenti”, “Azərbaycan dronu”, “Azərbaycan əsgəri” axtarırılar. Daxildə “dişə dəyən” bir şey olmadığından, indi də xarici təşkilatların nümayəndələrindən “agent” düzəltməyə başlayıblar.