ERMƏNİSTAN ÜÇÜN 6 AYLIQ FƏLAKƏT NƏTİCƏ: TÜRKİYƏ VƏ AZƏRBAYCANLA SƏRHƏDİ AÇMASA…backend

ERMƏNİSTAN ÜÇÜN 6 AYLIQ FƏLAKƏT NƏTİCƏ: TÜRKİYƏ VƏ AZƏRBAYCANLA SƏRHƏDİ AÇMASA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin ilk 6 ayı ərzində Ermənistana qoyulan xarici sərmayənin səviyyəsi 65 faiz aşağı düşüb. TİA.Az news.am-a istinadla xəbər verir ki, bu, ciddi göstəricidir və gələcəkdə yaşanacaq iqtisadi fəlakətdən xəbər verir.
Bəs, Ermənistana qoyulan xarici sərmayə nədən kəskin şəkildə aşağı düşüb? Təəssüf ki, Ermənistan saytı bu barədə bir şey demir. İqtisadçı ekspertlər isə qeyd edirlər ki, görünən kəndə nə bələdçi. Nə qədər ki, Ermənistan Azərbaycan və Türkiyə ilə sülh və tərəqqiyə söykənən razılaşma əldə etməyib, Ermənistan xarici sərmayə üçün cəlbedici olmayacaq. Bu, birmənalıdır.
Kasıb və zavallı Ermənistanın isə xarici sərmayəyə son dərəcə böyük ehtiyacı var. Ermənistan Azərbaycan və Türkiyə ilə anlaşmadan səfalətdən qurtula bilməyəcək.

TİA.Az