Ermənistan Türkiyədan mal idxalına qadağanı götürdü: Kim qazanacaq?backend

Ermənistan Türkiyədan mal idxalına qadağanı götürdü: Kim qazanacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Türkiyədən mal idxalına embarqonun götürülməsi İrəvanın Ankara ilə arasında uzun müddət mövcud olan buzları əritmək, blokadadan, habelə Rusiyanin siyasi nəzarətindən çıxmaq istəyindən və bu ölkənin regional təşkilatlara inteqrasiya yolu ilə dünyaya iqtisadi inteqrasiya etmək niyyətindın xəbər verir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Ermənistanın Türkiyədən mal idxalına qoyduğu qadağanı ləğv etməsinə münasibət bildirərkən deyib:
“Artıq Türkiyə ilə Ermənistan arasında münasibətlər istiləşir. Paşinyan da başa düşür ki, ölkəsinin dünyaya açılışı ancaq Türkiyə üzərindəndir. İran özü blokadadadır. Gürcüstanla dünyaya açıla bilməyəcək, Rusiya ilə isə sərhədi yoxdur. Belədə Ermənistanın ancaq Türkiyə vasitəsilə Avropa və Asiyaya çıxmaq imkanları var. Ermənistan iqtisadiyyatı ağır gündədir”.
Həmsöhbətimiz qeyd edir ki, Ermənistan Türkiyə üçün elə də ciddi bazar deyil:
“Amma dünya toxuculuq sənayesinin 6 faizi, tikinti sənayesinin də mühüm hissəsi Türkiyənin əlindədir. Belə şəraitdə onsuz da pis gündə olan, iş yerləri olmayan Ermənistan, təbii ki, Türkiyə mallarının üzərinə qoyduğu embarqonu götürməli idi. Fevraldan başlayaraq İstanbul-İrəvan təyyarə reysi də açılır. Sərhədin açılması məsələsi də gündəmdədir. Digər tərəfdən, Türkiyədə olan erməni toplumu bu və ya digər şəkildə Ermənistana investisiya da qoya bilər. Yaxud da onların istehsal etdiyi malları gətirib Ermənistanda sata bilərlər. Hələlik bu mallar yəqin ki, Gürcüstan üzərindən gələcək”.
Ekspert bildirir ki, Ermənistanın ağılı olsa, birbaşa olaraq sərhədləri açar:
“Ən azı İqdır və Qars tərəfdən bunu aça bilər. Belədə sərhədi açsa, mallar Ermənistana daha ucuz başa gələcək.
Azərbaycanla normal münasibət yaratsa, bunu İrəvan Naxçıvan üzərindən də edə bilər”.