Ermənistan Şuşada nə qədər əsgər itirdiyini açıqladı (VİDEO)backend

Ermənistan Şuşada nə qədər əsgər itirdiyini açıqladı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şuşa yaxınlığındakı ərazidən 150 erməni döyüşçünün cəsədi çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bunu Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri Araik Arutyunyan feysbuk hesabında yazıb.
“Vətənimizin” bir hissəsini və minlərlə insanın həyatını xilas edə bilsək də, böyük insan və ərazi itkiləri yaşadıq. Bunu bir daha bu günlərdə Şuşadan çıxarılan 150 erməni döyüşçünün cəsədi sübut edir”, – qondarma rəhbər bildirib.
Onun sözlərinə görə, hələ döyüş meydanında yüzlərlə cəsəd qalıb.
Qeyd edək ki, bu açıqlanan itkilərin bir hissəsidir. Sosial şəbəkələrdə yayılan videoda Şuşa yolunda yüzlərlə erməni hərbçisinin  meyiti  olduğu  görünür.