Ermənistan SQ Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edirbackend

Ermənistan SQ Baş Qərargahı Nikol Paşinyanın istefasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Silahlı Qvvələrinin Baş Qərargah rəisi Onik Qasparyan və bütün korpus komandirləri bəyanatla çıxış edib.
TİA.AZ xəbər verir ki, onlar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Beləliklə, bütün hərbi rəhbərliyin siyasi hakimiyyətə qarşı çıxdığını düşünmək olar.

Bəyanatı imzalayanlar Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavininin vəzifədən azad edilməsinə qarşı qətiliklə etirazını bildirirlər.

“Ölkə üçün belə çətin şərtlərdə belə bir qərar dövlət əleyhinə, məsuliyyətsiz bir addımdır. Ermənistan Respublikasının Baş Naziri və hökumət, artıq erməni xalqı üçün bu kritik vəziyyətdə adekvat qərarlar qəbul edə bilməyəcək.

Ermənistan Silahlı Qüvvələri uzun müddət mövcud hakimiyyət tərəfindən Silahlı Qüvvələri nüfuzdan salmağa yönəlmiş “hücumlara” səbirlə dözüb, lakin hər şeyin öz həddi var.

Mövcud hakimiyyət orqanlarının səmərəsiz idarəçiliyi və xarici siyasətdəki ciddi səhvlər ölkəni çöküş həddinə çatdırdı.

Mövcud vəziyyətə görə, Ermənistan Silahlı Qüvvələri, Ermənistan Baş Naziri və Hökumətinin istefasını tələb edir, eyni zamanda xalqa qarşı güc tətbiq etməkdən çəkinməyi xahiş edir.

Xalq ordu ilə olduğu kimi ordu daim xalqın yanında olub”, – deyə bəyantda bildirib.