Ermənistan son 15 ayda verdiymiz dərslərdən nəticə çıxarmayıb – Ekspertbackend

Ermənistan son 15 ayda verdiymiz dərslərdən nəticə çıxarmayıb – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Ermənistan ordusuna qarşı görülən adekvat tədbirlərin dozasını artırmalıyıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Kəlbəcər rayonu istiqamətində vəziyyətin gərginləşməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfi son 15 ayda verdiymiz dərslərdən lazımı nəticələr çıxarmayıb:
“İstəlinən halda atəşkəsin pozulması birmənalı olaraq Ermənistanın münaqişənin yenidən alovlandırılnmasına cəhdi kimi dəyərləndirilməlidir. Onlar münaqişə istəyirlərsə, bunu əldə etməlidirlər. Bu, həm Naxçıvan, həm də Basarkeçər istiqamətində həyata keçirilməlidir”.
Ədalət Verdiyev bildirib ki, düşmənə qarşı hər dəfə atəşkəsi pozmasına adekvat tədbirlər gördüyümüzü elan edirik, amma:
“Nəticədə bunun adekvat olmadığı məlum olur. Buna görə də özünü pis hiss edən Ermənistan ordusuna qarşı görülən adekvat tədbirlərin dozasını artırmalıyıq”.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumata görə, Ermənistan silahlı qüvvələrinin yanvarın 11-i günorta saatlarından etibarən başlatdığı təxribat nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyət gərginləşib. Bu gün Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə isə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.