Ermənistan sərhədin Qazax istiqamətində təxribat törətdi, atəşkəs pozuldubackend

Ermənistan sərhədin Qazax istiqamətində təxribat törətdi, atəşkəs pozuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Ermənistan ilə dövlət sərhədində düş­mənin təxribatları davam edir.
Bu barədə TİA.AZ-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, fevralın 2-də saat 05:00 radələrində Er­mə­nistan silahlı qüvvə­lərinin Qazax ra­yo­nunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmə­ləri tə­rə­fin­dən həmin istiqamətdə dövlət sər­hədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xid­mə­tinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.