Ermənistan Prezidenti ölkəsinin səhvlərini etiraf edirbackend

Ermənistan Prezidenti ölkəsinin səhvlərini etiraf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda müharibənin qarşısını almaq olardı.

TİA.AZ xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan RBK-ya müsahibəsində bildirib.

“Mənə elə gəlir ki, hərbi əməliyyatlar olmadan bu cür problemlərin həllinə həmişə yol tapmaq olardı”, – Sarkisyan deyib.

O xatırladıb ki, birinci müharibədən sonra münaqişənin həlli ilə məşğul olan təşkilat fəaliyyət göstərib, söhbət ATƏT-in Minsk qrupundan gedir. O, ünsiyyət, dialoq və s. üçün mexanizm təmin edirdi.

“Amma bizim tərəfimizdən baxsaq, söhbət səhvlərimizdən gedir – biz istədiklərimizə yenidən inandıq. Bizə elə gəldi ki, müharibə artıq bitib, məsələ artıq həll olunub. O isə heç də həll olunmamışdı”, – Prezident deyir.

O hesab edir ki, Ermənistan müəyyən addımlar atmalı idi – Qarabağda müdafiə qabiliyyətini gücləndirməli, daha müasir hərbi infrastruktur yaratmalı idi.