ERMƏNİSTAN MÜXALİFƏTİ ÜÇTƏRƏFLİ RAZILAŞMANIN LƏĞVİ ÜÇÜN MÜZAKİRƏLƏRƏ BAŞLAYIBbackend

ERMƏNİSTAN MÜXALİFƏTİ ÜÇTƏRƏFLİ RAZILAŞMANIN LƏĞVİ ÜÇÜN MÜZAKİRƏLƏRƏ BAŞLAYIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistanən əsas müxalifət partiyalarından biri olan “Çiçəklənən Ermənistan” Partiyası Azərbaycan, Ermənistan və Rusiya arasında Qarabağa dair razılaşmanın ləğv edilməsi üçün müzakirələrə başlayıb.TİA.AZ xəbər verir ki, bu barədə deputat Naira Zohrabyan açıqlama verib.
O deyib ki, Ermənistan parlamentinin yaxın günlərdə keçirilən iclasında məsələni müzakirəyə çıxarıb, qəbul etdirməyə çalışacaqlar. “Biz hazırda hüquqşünaslarla məsləhətləşirik. Məqsədimiz bundan sonra necə davranacağımızı və hansı addımlar atacağımızı müəyyənləşdirməkdir. Sözügedən razılaşma bəyanatdan başqa bir şey deyil. Onun təsdiq edilməsi üçün parlamentin iclası keçirilməlidir. Biz hazırda bunun üzərində çalışırıq”.