“Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır” – Hikmət Hacıyevbackend

“Ermənistan münaqişənin coğrafiyasını genişləndirməyə çalışır” – Hikmət Hacıyev

“Ermənistan Naxçıvanın Ordubad rayonuna raket hücumu edib. Bu, Ermənistanın bütün yollarla münaqişənin coğrafiyasını genişləndirməyə çalışdığına dəlalət edir”.

TİA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Hərbi əməliyyat teatrının xaricində Azərbaycan şəhərlərinə raket atəşi açılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, – o vurğulayıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki