Ermənistan İkinci Qarabağ müharibəsindəki itkilərinin sayını iki dəfə azaldır – STATİSTİKAbackend

Ermənistan İkinci Qarabağ müharibəsindəki itkilərinin sayını iki dəfə azaldır – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda son bir ildə ölüm sayı 2019-cu illə müqayisədə 35% artıb.  Bu ölkənin rəsmi statistikasına görə, 2019-cu ildə ölənlərin sayı 26 186 nəfər idisə, 2020-ci ildə 35 371 nəfər təşkil edib.

Beləliklə, yalnız bir ildə ölənlərin sayı 9 185 nəfər artıb. Onlardan 2 828 nəfəri koronavirusdan ölüb. Artımının digər səbəbi isə yalnız İkinci Qarabağ müharibəsində işğalçı erməni ordusunun itkiləri ilə əlaqələndirilə bilər.

Bu rəqəmlər göstərir ki, müharibə zamanı Ermənistanın işğalçı qüvvələri 6 300-dən çox itki verib, bu isə erməni tərəfinin bəyan etdiyi rəsmi itkilər sayından azı iki dəfə çoxdur.