backend

Ermənistan Hamburq görüşündən qaçır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hamburqda Dağlıq Qarabağ məsələsinə dair 3+2 formatında Fransa tərəfindən təklif edilmiş görüşün mümkünlüyü məsələsi müzakirə edilir. 

Hamburqda Dağlıq Qarabağ məsələsinə dair 3+2 formatında Fransa tərəfindən təklif edilmiş görüşün mümkünlüyü məsələsi müzakirə edilir.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ona verilmiş “Dekabrın 8-də Hamburqda ATƏT-in Xarici İşlər Nazirləri Şurası (ATƏT XİNŞ) çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nazirlərinin Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü keçiriləcəkmi?” sualının cavabında deyib: “Əgər bu barədə razılaşma əldə edilsə, sizə məlumat verəcəyik”.

M.Zaxarova ATƏT XİNŞ çərçivəsində Rusiya və Azərbaycan XİN rəhbərlərinin ikitərəfli görüşünün mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Bakıda keçirdiyi mətbuat konfransında Ermənistan Hamburq görüşünə razılıq vermədiyini bildirmişdi.

Nazirin fikrincə, danışıqlar prosesində ləngimə var: “Ermənistan görüşdən qaçır. Bu, o deməkdir ki, deməyə sözü yoxdur”.