“Ermənistan hakimiyyəti müharibə vaxtı Rusiyanı çətin vəziyyətə salıb” – Robert Köçəryanbackend

“Ermənistan hakimiyyəti müharibə vaxtı Rusiyanı çətin vəziyyətə salıb” – Robert Köçəryan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu, Ermənistanda anti-Rusiya əhvalını gərginləşdirmək üçün arqumentlər toplusudur. Rusiyanın real vəziyyəti isə bütün bu tarixdə bir qədər ikili olub: bir tərədən, o, Ermənistanın hərbi-siyasi müttəfiqidir, digər tərəfdən, Azərbayanla yaxşı münsibət qurmaq istəyi var. Bu zaman Moskva həm də Qarabağda münaqişənin tənzimlənməsində vasitəçidir”.

Bu barədə «Kommersant» qəzetində iyunun 8-də dərc olunmuş müsahibəsində Ermənistanın ikinci Prezidenti, «Ermənistan» seçki blokunun lideri Robert Köçəryan anti-Rusiya bəyanatlarını («Qarabağda müharibə Moskvaya sərfəli olub» tipli bəyanatlar) şərh edərkən bildirib.

«Biz, artıq görürük ki, bu, Ermənistanda və ondan kənarda həmin güclərə hansısa arqumentləri verir – onlar Ermənistan daxilində Rusiyaya yönəlik belə münasibətin gərginləşməsində maraqlıdırlar. Bu situasiyanın özünün parametrləri belə fırıldaqlar üçün hansısa baza rolunu oynayır» – Robert Köçəryan qeyd edib.

Nəşrin belə bir iradına cavab verərkən, eşitmək və oxumaq olardı ki, Rusiya sanki Qarabağda Ermənistanın əvəzinə döyüşməli imiş, eks-prezident bildirib ki, bu, «mürəkkəb situasiyadır». Respublikada, onun sözlərinə görə, güman ki, gözləntilər olub: necə olur, biz, necə olsa da hərbi-siyasi müttəfiqik, Rusiya isə hazırda neytrallıq nümayiş etdirir.

«Rusiya hansısa nisbətdə, şübhəsiz, kömək edib, amma bu, situasiyanın parametrləri ilə məhdudlaşıb. Və sonra, Rusiyanın bu prosesə daxil olması Türkiyənin prosesə daha fəal daxil olması ilə nəticələnərdi. Bunun nəticələri pronoza gəlməz olardı. Və mən, bir eməni kimi, istərdim ki, Rusiya özünün müttəfiqlik öhdəliklərini daha böyük nisbətdə yerinə yetirəydi. Ancaq hesab edirəm ki, Rusiya hər şeyi etmək istəyirdi ki, bu müharibənin yaratdığı belə çətin formadan çıxsın» – Köçəryan bildirib.

Bu zaman eks-prezident etiraf edib ki, bu, alınmayıb, amma o səbəbdən ki, erməni tərəf imtina edib. «Rusiya Prezidenti öz təklifini, səhv etmirəmsə, oktyabrın 10-da bildirib. Mən bildiyim qədərində bunu (döyüş əməliyyatlarını dayandırmaq – Red.) hərfi mənada, müharibənin birinci həftəsində etmək olardı. Rusiya təklif edib, erməni tərəf ardıcıl olaraq, bu prosesi dalana aparıb. Ermənistan hakimiyyəti situasiyanı müharibəyə gətirib və Rusiyanı belə çətin vəziyyətə salıb – həm vasitəçi kimi, həm də hərbi-siyasi müttəfiq kimi… Buna görə, biz, böyük bədəl ödəmişik – həm insanların həyatı, həm də ərazi itkiləri ilə» – Köçəryan «nala-mıxa» vurmağa başlayıb.

Əslində isə anadangəlmə xain erməni siyasətçi bu etirafları ilə Ermənistanın ikinci Qarabağ müharibəsində uğradığı total məğlubiyyətin məsuliyyətini həm də Rusiya hakim dairələrinin ayağına yazmaq çəhdi göstərib – kifayət qədər ehtiyatlı və sürüşkən formada.