backend

Ermənistan əhalisi sürətlə azalır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2016-cı ilin 1 oktyabr tarixinə olan məlumata əsasən Ermənistanda yaşayan daimi əhalinin sayı 2 milyon 993,9 min nəfərdir.  

2016-cı ilin 1 oktyabr tarixinə olan məlumata əsasən Ermənistanda yaşayan daimi əhalinin sayı 2 milyon 993,9 min nəfərdir.


TİA.AZ erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika İdarəsinin yaydığı məlumatda bildirilir.

Ermənistan əhalisinin sayı 2015-ci ilin oktyabr ayı ilə müqayisədə 10,1 min nəfər və ya 0,3 faiz azalıb.Ermənistan əhalisinin sayının aşağı düşməsi mənfi miqrasiya saldosunun (14,1 min nəfər) əhalinin təbii artımı (9,4 min) ilə müqayisədə artmasıdır.

1 oktyabr 2016-ci ildə Ermənistan əhalisinin 1 milyon 904 min nəfəri şəhərdə, 1 milyon 89 mini isə kənddə yaşayır.

2016-cı ilin yanvarın birində Ermənistan əhalisinin sayı 1970-ci illərdən bəri ilk dəfə 3 milyondan az olub.

Ermənistanda doğum göstəricisi əhəmiyyətli dərəcədə aşağı düşüb: Belə ki, 2015-ci ilin 9 ayı ərzində bu rəqəmlər ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,3% azalaraq 29 min 914 nəfər olub. Müvafiq dövr ərzində ölkədə ölənlərin sayı da 2,5% azalaraq 20 min 427 nəfər olub.