Ermənistan altı əsir faktını təsdiqlədi, ancaq yalan borcunu da unutmadıbackend

Ermənistan altı əsir faktını təsdiqlədi, ancaq yalan borcunu da unutmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti 6 erməni əsgərinin Azərbaycan tərəfindən əsir götürüldüyünü təsdiqləyib. 
TİA.AZ xəbər verir ki, bu haqda MK.ru-nun məlumatında deyilir. Nazirlik bunun Ermənistanın Geqarkunik bölgəsinin sərhədyanı zonasında mühəndis işləri zamanı baş verdiyini iddia edib.
Yerevanda ermənilərin Azərbaycan əsgərləri onları mühasirəyə alaraq əsir götürdükləri zaman öz ərazilərində olduqlarını iddia edirlər. Hakimiyyətin öz əsgərlərini geri qaytarmağa çalışdığı bildirilir.
Rəsmi Bakının məlumatı isə belədir:
Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb:
“Səhər saatlarında sərhəd yaxınlığında Ermənistan silahlı qüvvələrinin tanklar da daxil olmaqla bir neçə döyüş texnikasının cəmləşməsi müşahidə edilib. Tərəfimizdən görülən tədbirlər nəticəsində onların hərəkətinin qarşısı alınıb. Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”