Ermənistan 1920-30-cu illərin xəritələri əsasında sərhədləri müəyyənləşdirmək istəyirbackend

Ermənistan 1920-30-cu illərin xəritələri əsasında sərhədləri müəyyənləşdirmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərhədlərin delmitasiya və demarkasiyası məsələsinə toxunan Paşinyan bildirib ki, sülh sazişinin imzalanması Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması anlamına gələcək. Elə bu səbəbdən də o, ehtiyatlanır ki, Azərbaycan həmin sənədə əsaslanaraq de-yure Qarabağı öz tərkibinə daxil etməyə çalışın. “Biz açıq şəkildə bildirdik ki, demarkasiya və delimitasiya, Qarabağ münaqişəsinin həlli, regional kommunikasiyaların açılması prosesləri bir-birindən ayrılıb. Bu, bizim mövqeyimizdir. Sərhədlərin demarkasiyası və delimitasiyası mövzusuna gəlincə, hələ may ayında hökumətin iclasında bəyan etmişdim ki, mən Rusiya Federasiyasının təklif etdiyi demarkasiya və delimitasiya sənədini imzalamağa hazıram. Həmin vaxt yaranmış daxili siyasi çaxnaşmaları yəqin ki, xatırlayırsınız”.

Onun sözlərinə görə, Ermənistan nəinki hazırdır, həm də delimitasiya və demarkasiya prosesini zəruri hesab edir. “Amma digər tərəfdən deyirik ki, hər gün atəşkəs rejiminin pozulduğu sərhəddə delimitasiya və demarkasiya prosesini təsəvvür etmək çətindir. Noyabrın 10-dan (üçtərəfli bəyanatın imzalanması – red.) sonra cəmi 5-6 gün olub ki, atəşkəs rejiminin pozulması halları qeydə alınmayıb. Atəşkəs Qarabağda da pozulur. Baxmayaraq ki, ötən həftə cəmi iki gün qayda pozuntusu olmayıb. Demarkasiya və delimitasiya üçün şərtləri təmin etmək lazımdır. Bu, hökumət proqramında da qeyd olunub. Məsləhətləşmələr davam edir, konkret razılaşma yoxdur”.

Bu prosesin hansı xəritələrin üzərində aparılacağına gəlincə, Paşinyan xəritələr dedikdə, nəyin nəzərdə tutulduğunu anlamağı təklif edib. “Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında demarkasiya və delimitasiyanın həyata keçirildiyi hüquqi əsas mühüm əhəmiyyət kəsb edir. Ancaq bütün xəritələr eyni deyil. Niyə? Çünki sovet dövründə belə bir adət var idi ki, Kommunist Partiyasının bayramları ilə əlaqədar qardaş respublikalar bir-birinə ərazilər verirdilər. Və bu, yerli olaraq qarşılıqlılıq prinsipi əsasında həyata keçirilirdi. Belə qənaətə gəldik ki, bütün xəritələr  Ermənistan və Azərbaycanın 1920-1930-cu illərdə razılaşdırdıqları prinsiplərə əsaslanmalıdır. Müqavilələrin mətnində onları əks etdirmək üçün xəritələrə ehtiyacımız var. Bu iş görülməlidir”.