Ermənilərlə azərbaycanlılar arasında davaya görə 15 nəfər həbs olundubackend

Ermənilərlə azərbaycanlılar arasında davaya görə 15 nəfər həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla ermənilər arasında milli zəmində baş verən kütləvi dava ilə bağlı həbslər davam edir.
TİA.AZ modern.az-a istinadən xəbər verir ki, Moskvanın Kuzmin, Nikulin və Troitsk rayon məhkəmələri “xuliqanlıq” maddəsi ilə 15 şəxs barəsində həbs qərarı verib.
Həbsə göndərilənlər arasında həm azərbaycanlıların, həm də ermənilərin olduğu bildirilir.
Polis məlumatına görə, iyulun 24-də Moskvanın Marinyo rayonunda mağazaların, kafelərin, avtoyuma yerlərinin şüşələrinin sındırılması, personala hücum olunması ilə bağlı insidentlər qeydə alınıb.