ERMƏNİLƏRİN SƏRHƏDDƏ GECƏ TƏXRİBATI, 49 MEYİTİ…PAŞİNYAN NƏ QAZANDI? – ŞƏRHbackend

ERMƏNİLƏRİN SƏRHƏDDƏ GECƏ TƏXRİBATI, 49 MEYİTİ…PAŞİNYAN NƏ QAZANDI? – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın təxribat törətməkdə əsas məqsədi üçtərəfli görüş zamanı əldə olunan razılaşmaları pozmaqdır”
Bunu TİA. Az-a açıqlamasında politoloq Elşad Həsənov deyib.

“Gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistan genişmiqyaslı təxribatlar törədib, Azərbaycanın sərhədlərini pozub və Azərbaycanın ərazisində mina basdırmağa cəhd göstərib. Bu təxribata müzəffər ordumuz layiqli cavab verib. Həm biz tərəfdən həm Ermənistan tərəfdən itkilər var. Nikol Paşinyan parlamentdə çıxışı zamanı Ermənistan ordusunun Azərbaycanla sərhəddə gərginlik zamanı 49 hərbçisinin öldüyünü etiraf edib. BMT Təhlükəsizlik Şurasına, Rusiya, Avropa ölkələrinə müraciət edərək məsələni guya Azərbaycanın Ermənistan ərazisinə basqın etməsi kimi dəyərləndirib. Məlumdur ki, Ermənistanın təxribat xarakterli əməllərinə cavab olaraq Azərbaycan “qətiyyətli cavab” əməliyyatı həyata keçirib.


Bu təxribatın arxasında nə dayanır? Bildiyiniz kimi avqustun 31-də Brüsseldə üçtərəfli görüş keçirildi. Orada Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel bildirdi ki, bir ay müddətində sülh müqaviləsinin bağlanması ilə əlaqədar xarici işlər nazirləri görüşməli, müqavilənin mətni hazırlanmalıdır. Paşinyan görüş zamanı buna razılıq versə də, Ermənistana qayıdandan sonra daxildə buna qarşı olan qüvvələr qəbul etmədilər. Nəticədə təxribata əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını pozmaq istəyirlər. Bu ilk deyil, Ermənistan bundan öncə də dəfələrlə belə addımlar atıb. Proseslər dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Azərbaycan əsgəri vaxtında layiqli cavab verir. Bundan sonra sərhəddə hər hansı təxribat törədilərsə, Ermənistan layiqli cavab alacaq”.

Aytac

TİA. Az