Ermənilərin qorxulu kabusu – HAROP(VİDEO)backend

Ermənilərin qorxulu kabusu – HAROP(VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Davam edən II Qarabağ savaşında qazanılan uğurlarda həlledici rola malik olan əsas silahlardan biri pilotsuz uçan aparat – HAROP silahıdır. Məhz bu silah vəsitəsilə düşmənin hava hücumundan müdafiə sistemləri sıradan çıxarılır, strateji texnikaları məhv edilir.

TİA.AZ bu silahın taktiki-texniki xüsusiyyətləri barədə məlumatları təqdim edir.

Silah-aparatın uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metrdir. Döyüş başlığı 23 kiloqram, ümumi çəkisi isə 135 kiloqramdır. Havada 6 saat qala bilən və maksimal uçuş məsafəsi 1 000 kilometr olan dronun hərəkət sürəti saatda 185 kilometrdir.

İsrail aerokosmos qurumunun aerokosmos dviziyası tərəfindən hazırlanan bu silaha İsraildən başqa daha iki ölkə malikdir: Hindistan və Azərbaycan!

HAROP dronu döyüş başlığı daşımır, özü bütövlükdə döyüş başlığı sayılır. Kamikadze silah olan HAROP özünü hədəfə vurur və özü ilə bərabər hədəfi də məhv edir.

Dron həm avtonom olaraq özünün radar siqnalları qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, həm də yerüstü idarəetmə mərkəzindən idarə olunur. Hədəf aşkarlanmadıqda dron bazaya qayıdır.

Silah dizayn olunarkən radar kross-seyşn (cross-section) – yəni düşmən radarında görünmə dərəcəsinin kiçik olması nəzərdə saxlanıldığı üçün hava hücumundan müdafiə sistemlərindən rahat yayınır. Elə bu xüsusiyyətinə görə də döyüşlərdə HAROP ilk sırada göndərilir.

Düşmənin radar bazaları, hava hücumundan müdafiə sistemləri HAROP vasitəsilə yararsız vəziyyətə salındıqdan sonra təyyarələr düşmən ərazisində əməliyyatlara başlayır. Kamikadze dron yerüstü bazalardan, dənizdən və hətta havadan da buraxıla bilər. Silah baza tərəfindən elektroktik sensorlar vasitəsilə hərəkətdə olan və ya sabit hədəfə yönəldilə bilər. Düşmən HAROP-u aşkarlayıb siqnal yaymaması üçün radar cihazlarını söndürsə belə, HAROP eletrotik sensorları sayəsində vizual olaraq izləyir və vurur.

Düşmənə qarşı döyüşlərdə HAROP-lardan məhz bu üsullarla istifadə edilir və bir çox hədəflər dəqiqliklə məhv edilir.

Ermənistan Silahlı Qüvvələrini təxribatlarının qarşısının alınması çərçivəsində keçirilən əks-hücum əməliyyatları zamanı bu silahdan uğurla istifadə edilir və düşmənə həlledici zərbələr endirilir.