Ermənilərin aqressivləşməsinin ötürdüyü mesaj… – Zərdüşt Əlizadəbackend

Ermənilərin aqressivləşməsinin ötürdüyü mesaj… – Zərdüşt Əlizadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu atışmaların məqsədi ictimai rəyi formalaşdırmaq və onları hansısa bir razılaşmanın zəruriliyinə inandırmaqdır”. 
Bunu açıqlamasında politoloq Zərdüşt Əlizadə seçkidən sonra ermənilərin aqressivləşməsinin, sərhədlərimizi atəşə tutmasının səbəbini şərh edərkən deyib. Politoloq hesab edir ki, atışma ilə bağlı ciddi bir səbəb yoxdur:
“Hər iki tərəf göstərmək istəyir ki, vəziyyət qeyri-sabitdir və hansısa tədbirlərin görülməsinin zamanıdır. Ermənistana da lazımdır ki, əhaliyə göstərsin ki, əmin-amanlıq naminə hansısa razılaşmaya getmək lazımdır. Bu fikri Azərbaycan cəmiyyətinin də beyninə yerləşdirmək lazımdır”.
Politoloq qeyd edib ki, ona görə belə mənasız, heç bir hədəfi olmayan atışmalar baş verəcək.