Erməniləri Xudavəngə buraxmadılar – FOTObackend

Erməniləri Xudavəngə buraxmadılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməniləri Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar.

TİA.AZ  “Report”a istinadən xəbər verir ki, bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan öz feysbuk hesabında yazıb.

“Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, bizim tərəf (Ermənistan tərəfi – “Report”) türklərlə (Azərbaycan tərəfi – “Report”) yalnız 30 ziyarətçini razılaşdırıb.

Nəticədə üçüncü avtobusdan hamını düşürdüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışa və dəli olmayasan – məsələ budur”, – o qeyd edib.