DÜŞMƏN “ƏKS HÜCUMA KEÇMƏKDƏN” VƏ “QARABAĞIN TANINMASINDAN” DƏM VURURbackend

DÜŞMƏN “ƏKS HÜCUMA KEÇMƏKDƏN” VƏ “QARABAĞIN TANINMASINDAN” DƏM VURUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük Qarabağ savaşından sonra ağır məğlubiyyətə uğrayan Ermənistanda son günlər ritorika dəyişməyə başlayıb. jamaz.info xəbər verir ki, artıq erməni siyasətçiləri noyabrın 10-da üçtərəfli anlaşmanın heç bir əhəmiyyət daşımadığını və tez bir zamanda Azərbaycana qarşı “əks hücuma keçməyin” vacibliyindən dəm vururlar.

“Adekvat” Partiyasının sədri Artur Danelyan bununla bağlı açıqlamasında deyir ki, hazırda əsas hədəf baş nazir Nikol Paşinyanın istefaya göndərilməsi deyil, onu istefaya göndərdikdən sonra atılacaq təcili addımlar olmalıdır. Erməni xəstəliyinə tutulmuşlardan biri olan Danelyan Ermənistanın bu məğlubiyyəti haqq etmədiyini və qısa zamanda zəruri addımların atılmasının vacibliyini vurğulayır.

O deyir ki, hazırda Ermənistan “qızıldan qiymətli saniyələri” itirir. Onun sözlərinə görə, qısa müddətdə “əks hücuma” keçmək lazımdır. “Hesab edirəm ki, Paşinyanı göndərdikdən sonra ilk işimiz sentyabrın 26-na qədərki sərhədlər çərçivəsində Qarabağın müstəqilliyini tanımaq olmalıdır. Bu hazırda da daxildə əsas müzakirə mövzusu olmalıdır. Zod və digər yerlərlə bağlı məsələlər sonraya da qalsa olar. Çünki Qarabağın müstəqilliyi tanındıqdan sonra bu problem də həllini tapacaq”.

Artur Danelyan həyasızcasına bəyan edir ki, belə bir addım müharibənin ilk günündə atılmalı idi. “Biz artıq ciddi şəkildə gecikmişik. Hər itirilən saniyə bizim əleyhimizə işləyir. Addımlarımızı qətiləşdirmək və konkret hərəkət etmək üçün bundan daha uyğun vaxt olmayacaq”.

P.S. Bildirək ki, ermənilər sözün həqiqi mənasında həyasızlıq edir və ağır məğlubiyyətlərinə rəğmən, öz faşist düşüncələrindən əl çəkmirlər. Elə Artur Danelyanın sözlərindən də aydın görünür ki, bu ölkədəki bir qrup adam Ermənistan dövlətinin tamamilə məhv olmasını istəyir. Əks təqdirdə, ordusunu itirmiş bir ölkənin siyasətçisi nə başqa dövlətinin ərazisinə göz dikər, nə də müharibə sevdasına düşər.