ERMƏNİLƏRDƏN ETİRAF: AGDƏRƏNİN MƏRKƏZİNDƏN “ƏHALİ” EVAKUASİYA EDİLİRbackend

ERMƏNİLƏRDƏN ETİRAF: AGDƏRƏNİN MƏRKƏZİNDƏN “ƏHALİ” EVAKUASİYA EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan tərəfi bu gün səhər açıqlama verib ki, şimal cəbhəsində gedən ağır döyüşlərdən sonra geri çəkilməyə başlayıblar. TİA.AZ xəbər verir ki, bu barədə qondarma “DQR”in “FHN” rəhbəri açıqlama verib.
O bildirib ki, artıq Azərbaycan Ordusu Ağdərə rayonunun yaxınlığında qərarlaşıb. “Azərbaycan Ordusu bu gün səhərdən etibarən Ağdarə rayonunun mərkəzi və ona bitişik kəndləri öz müşahidəsi altına alıb”.
Qondarma “FHN” rəhbəri iddia edib ki, Azərbaycan Ordusu ağır artilleriya ilə guya, “mülki əhali”ni vurur. Onun sözlərinə görə, hazırda “dinc sakinlərin” evakuasiyasını həyata keçirirlər.
Halbuki təkcə Ağdərədə deyil, Qarabağdakı işğal altında olan digər rayonlarda belə mülki əhali qalmayıb və onlar Ermənistana qaçıblar. Hətta bu yaxınlarda rus media nümayəndələri də açıqlamışdılar ki, Xankəndindən Ağdərəyə getmək istəsələr də, onları heç kim döyüş bölgəsinə aparmayıb. Və bunu Ağdərədə yalnız hərbçilərin və kifayət qədər təhlükəli olması ilə izah ediblər. İndi qondarma “fövqəladə hallar naziri” hansı “mülki əhali”dən danışır bəlli deyil. Görünür, ermənilər qorxularından əsgərlərinə qadın paltarı geyindirib, Ağdərənin mərkəzində gəzdirirlər ki, “mülki əhali” kimi görünsün.