“Ermənilər üzbəüz döyüşdə 15 dəqiqə tab gətirəsi adamlar imiş” (VİDEO)backend

“Ermənilər üzbəüz döyüşdə 15 dəqiqə tab gətirəsi adamlar imiş” (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

O, 1996-cı il martın 19-da Cəlilabad rayonunun Təklə kəndində anadan olub. Hələ uşaqlıqdan hərbi sahəyə olan marağı sonradan onu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qədər aparıb. Elə buna görə də Qəzənfər Ağayev ali hərbi məktəbdə təhsil alaraq peşəkar hərbçi kimi formalaşıb. Məhz İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

“Report”un  müxbiri müharibənin canlı əfsanəsi olan, Azərbaycan Ordusunun baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Ağayev Qəzənfər Mahmud oğlunun evində olub və onunla söhbətləşib.

Müzəffər və qalib ordunun qəhrəman zabiti bildirib ki, orta təhsilini başa vurduqdan sonra 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

O, müsahibəsi zamanı deyib ki, hərbçi olmaq arzusu uşaqlıq dövründə, televiziyalardan hərbi vətənpərvərlik verilişlərini izləyərkən formalaşıb.

Canlı qəhrəman İkinci Qarabağ müharibəsində keçdiyi döyüş yolundan söz açıb. O bildirib ki, istər orta məktəbdə, istərsə də hərbi məktəbdə təhsil aldığı müddətdə daima düşüncəsində hər zaman erməni vandalizminə, erməni terroruna layiqli cavab veriləcəyi günü gözləyib. O, Vətən müharibəsində ən güclü silahın da elə Vətənə sevgi olduğunu önə çəkib.

İkinci Qarabağ müharibəsi döyüşlərindən danışan Q.Ağayev Vətən müharibəsinin başladığı ilk gündə Əsnay adlı qız övladının dünyaya gəldiyi xəbərini aldığını deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş leytenantı olan Qəzənfər Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin azadlığı uğrunda, Suqovuşanın azadlığı və Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

O, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncama əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adına layqi görülüb. Eyni zamanda dövlət başçısının 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Ən ali mükafatlardan sayılan “Vətən Müharibəsi Qəhrəmanı” adını 83 hərbi qəhrəmanımız daşıyır.

Cəlilabaddan hazırladığımız videomaterialı təqdim edirik: