Ermənilər qorxudan əl-ayağa düşdü: “Azərbaycan ordusu Sırxavənd kəndinə irəliləyir”backend

Ermənilər qorxudan əl-ayağa düşdü: “Azərbaycan ordusu Sırxavənd kəndinə irəliləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
44 günlük müharibə dövründə Ermənistan ordusuna diz çökdürərək tarixi ədaləti bərpa edən Azərbaycan ordusunun yaratdığı qorxu ermənilərə rahatlıq vermir. Belə ki, Ermənistan mətbuatı növbəti dəfə Qarabağdan qorxu və təşviş dolu materiallar verərək həyəcan təbili çalıb.
“Sputnik Ermənistan” nəşri Azərbaycan ordusunun Ağdərənin Sırxavənd kəndi istiqamətində irəlilədiyini iddia edib.
Nəşr qeyd edib ki, Azərbaycan ordusu 370 metr irəliləyərək “erməni tərəfinə” keçib və hazırda təxminən kəndin 1,5 kilometrliyində dayanıb. İddiaya görə, hələ aprelin 25-də Azərbaycan ordusu mövqelərini irəli çəkib, lakin sülhməramlıların müdaxiləsindən sonra geri qayıdıb. İndi isə Azərbaycan ordusu yenidən aprelin 25-də irəlilədiyi mövqeyə gəlib və burada möhkəmlənib.
Əslində, erməni mətbuatında bu kimi xəbərlərin tirajlanmasının səbəbi Müzəffər Azərbaycan ordusunun müharibə günlərində nümayiş etdirdiyi qüdrəti və qəhrəmanlığıdır.
Hələ də rüsvayçı məğlubiyyətin şokundan ayılmayan ermənilər üçün Azərbaycan ordusunun bəlkə də istənilən yerdəyişməsinin bu cür ölümcül qorxu yarada bilməsi təəccüblü deyil.
Lakin təəccüblü olan erməni KİV-də yer verilmiş “erməni tərəfi” ifadəsidir. Görünür erməni tərəfi hələ də qəbul edə bilmir ki, Qarabağda “erməni tərəfi” yoxdur. Bura Azərbaycan torpağıdır! Ermənilər üçün isə həqiqət və yeni reallıqlarla barışmaq ən yaxşı yeganə çıxış yoludur.
Xatırladaq ki, Sırxavənd kəndi Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi dairəsində yerləşən kənddir. Bu kənd vaxtilə ləğv edilmiş Ağdərə rayonunun inzibati tabeçiliyində olub.