Ermənilər Peqovun yalanlarından beziblər – “Wargonzo”-nun Şuşaya dair yeni məlumatı panikaya səbəb olubbackend

Ermənilər Peqovun yalanlarından beziblər – “Wargonzo”-nun Şuşaya dair yeni məlumatı panikaya səbəb olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ Müharibəsinin gedişində cəbhədə baş verənlərlə bağlı yalan məlumatlar yayması, Azərbaycana qarşı açıq təxribatla məşğul olması və eyni zamanda da ermənilərin “başının altına yastıq qoyması” ilə tanınan Semyon Peqovdan artıq ermənilər də beziblər. Bir çoxları hətta Ermənistanın məğlubiyyətində onun da xüsusi rolunun olduğunu bildirirlər.

“AzPolitika.info” xəbər verir ki, erməni mənşəli rusiyalı media maqnatı Aram Qabrelyanovun qulbeçəsi olan Peqovun ötən gün Şuşada Azərbaycan Silahlı Qüvvələrinin erməni birləşmələrini atəşə tutmasına dair yaydığı xəbər ermənilər tərəfindən təkzib olunub və narazılıqla qarşılanıb. Məsələ ondadır ki, Peqovun bədnam “Wargonzo” kanalı ötən gün Azərbaycan əsgərlərinin Xankəndi istiqamətində qanunsuz erməni hərbi birləşmələrinə atəş açdığına dair məlumat yayıb. Lakin qondarma rejimin rəhbərinin sözçüsü Vaqram Poqosyan dərhal bu məlumatı təkzib edib: ”Qarabağda sakitlikdir, narahat olmaq lazım deyil. Bir neçə atəş olub, amma havaya. Bizim mövqelərə heç kim atəş açmayıb. Belə bir situasiya dekabrın 31-də olub, azərbaycanlılar yeni il qabağı havaya atəş açıblar.”

Poqosyan deyib ki, “bu cür şayiələr əhalidə həddindən artıq narahatlıq yaradır”. Bununla da qondarma rejim Peqov və onun layihəsindən narazılığını ifadə edib. Çünki bu məlumatlar Xankəndi və ətraf rayonlarda yaşayan və onsuz da tikan üstündə oturan ermənilər arasında panika yaradır. Həmçinin, həmin ərazilərə qayıtmaq istəyənləri də qorxuya salır.

Erməni media maqnatının xidmətçisi olan bu “jurnalistin” fəaliyyətindən narazılıq təkcə son məlumatla bağlı deyil. Artıq erməni cəmiyyətində, mətbuatında və sosial şəbəkə istifadəçiləri arasında Peqovun müharibə dövründəki reportajlarının yalan üzərində qurulduğunu gec də olsa anlamağa başlayıblar. Hətta ermənilər iddia edirlər ki, Peqov yayımladığı reportajlarla erməni hərbi birləşmələrinin yerini, koordinatlarını Azərbaycan tərəfinə ötürmüş olub. Belə ki, həmin canlı yayımlardan və reportajlardan dərhal sonra erməni mövqeləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib. Bu səbəbdən bəziləri hətta Peqovu satqınlıqda və “Azərbaycana işləməkdə” günahlandırırlar. Belə görünür ki, bu gedişlə başabəla “jurnalist” Azərbaycandan əvvəl elə ermənilər tərəfindən cəzalandırılacaq…