Ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi -VİDEObackend

Ermənilər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinə hücum etdi –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər hələ də Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Bu dəfə də Fransada yaşayan erməni diasporunun radikal nümayəndələri Qarabağa həsr olunan filmin nümayişi zamanı təxirabat törədiblər. Onlar Paris şəhərində yerləşən səfirliyimizin mədəniyyət mərkəzinə də hücum ediblər. Təxribat zamanı 2 nəfər xəsarət alıb. Hadisəyə  fransa polisi də müdaxilə edib. Təxribatçı dəstənin əsas üzvi saxlanılıb. Və ermənilərin təxribatına baxmayaraq filmin nümayişi baş tutub.

Erməni gənclərdən ibarət təxribatçı dəstənin üzvləri Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət mərkəzinə hücum ediblər.

Təxribat  “Şuşa İli” çərçivəsində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Fransada fəaliyyət göstərən “ERE TV” telekanalının hazırladığı Qarabağ və Şuşa ilə bağlı “Qarabağa gedən yol” adlı filmin ilkin nümayişi zamanı törədilib. Fransadakı səfirliyimizin mətbuat katibi Günel Zülfüqarova Xəzər Xəbərə bildirdi ki  Sözügedən filmin çəkilişləri cari ilin yanvar ayında telekanalın ölkəmizin işğaldan azad olunmuş ərazilərinə səfəri zamanı reallaşıb.

Səfirlik tərəfindən fransız polisinə müraciət edildikdən sonra təxribatın qarşısı alınıb.Mətbuat katibi bildirib ki hücum zamanı səfirliyin bir əməkdaşı və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb.

Günel Zülfüqarova əlavə edib ki sözügedən film iyun ayının sonunda “ERE TV” telekanalında yayımlanacaq.Filmdə 30 il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşməsindən, birinci və ikinci Qarabağ müharibəsindən bəhs olunub. Erməni işğalı dövründə Azərbaycan ərazilərinin viran edilməsi, şəhərlərin, kəndlərin, bütün infrastrukturun dağıdıldığı nümayiş olunub.  Şuşa şəhərinin tarixi haqqında ətraflı məlumat verilib. Böyük strateji əhəmiyyətə malik olan Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı olduğu bildirilib. 28 il erməni işğalı altında qalmış Şuşada Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış mədəniyyət mərkəzləri, məqbərə, tanınmış şəxsiyyətlərin abidələri göstərilib.