Ermənilər ölən əsgərlərini basdırmaq üçün panteonun ərazisini genişləndirməli oldular – VİDEObackend

Ermənilər ölən əsgərlərini basdırmaq üçün panteonun ərazisini genişləndirməli oldular – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanla sərhəddə törətdikləri təxribatlara layiqli cavab alan ermənilər ölən hərbçilərini dəfn etmək üçün İrəvanda yerləşən qəbiristanlığın ərazisini genişləndirirlər.
TİA.AZ  oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində video paylaşılıb.
Görüntülərdən aydın olur ki, ermənilər itkilərinin çoxluğu ilə əlaqədar “Erablur” panteonunda cəsədlərini basdırmağa yer tapmır.
Buna görə də ermənilər qəbiristanlığın ərazisini genişləndirməli olublar.
Xatırladaq ki, Ermənistan tərəfi törətdikləri son təxribatlarda 135-dən çox hərbçilərinin öldüklərini etiraf etmişdilər. Yayılan görüntülərdə genişləndirilən sahəyə nəzər salanda isə haqlı olaraq onların itkilərinin bundan dəfələrlə artıq olduğunu söyləmək olar.