Ermənilər Livandakı Azərbaycan səfirliyinə hücum etdilər – VİDEObackend

Ermənilər Livandakı Azərbaycan səfirliyinə hücum etdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Livanın paytaxtı Beyrut şəhərində yerləşən Azərbaycan səfirliyinin binasına bir qrup erməni hücuma cəhd edib.
TİA.AZ xəbər verir ki, bununla bağlı “Telegram” kanallarında görüntülər yayılıb.
Hücuma cəhd edən qrupla Livan polis qüvvələri arasında ciddi qarşıdurma yaşanıb.
Məlumata görə, təxribat əvvəlcədən planlaşdırılıb. Belə ki, hücum planı Daşnaksütyun və Hnçak partiyalarının çağırışından sonra həyata keçirilib. Səfirliyə hücum cəhdində 1000 nəfərədək erməni iştirak edib.
Qeyd olunur ki, hazırda Livan polisi onların qarşısını almaq məqsədilə gözyaşardıcı bombalardan istifadə edir.