backend

Erməni təxribatının qarşısı alındı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda istirahət mərkəzi olan Batumi şəhərində 4-5 iyul tarixlərində beynəlxalq yarış və festival olan “Qızıl Ulduz” – 2017 müsabiqəsi keçirilib. 

Gürcüstanda istirahət mərkəzi olan Batumi şəhərində 4-5 iyul tarixlərində beynəlxalq yarış və festival olan “Qızıl Ulduz” – 2017 müsabiqəsi keçirilib.

Trend-in məlumatına görə, yarışa İsrail, ABŞ, Qazaxıstan, Ukrayna, Azərbaycan, Ermənistan, Rusiya və Gürcüstan iştirakçıları qatılıblar.

İştirakçilar bu nominasiyalarda çıxış ediblər: vokal, xoreoqrafiya, instrumental janr, orijinal janr (sirk nömrələri, akrobatika, klounluq, gimnastika, əşyalarla şou, illüziya və s.), teatr sənəti, bədii qiraət, teatr modası, incəsənət (rəssamlıq, qrafika, dizayn), foto sənəti.

Birinci gündə yarış İkinci Qala – konsertə və festivala həsr olunub. Ölkəmizin təmsilçiləri Jam SS rəqs məktəbi estrada janrında birinci yeri qazanıb. Solo rəqs-folklor janrında Buta rəqs studiyası uğur əldə edib. Ansambl nominasiyasında – folklor janrında Buta rəqs studiyası birinci yeri qazanıb.

5 iyul Qala – konsert günü beynəlxalq qalmaqal baş verib. Ermənistanın nümayəndə heyəti Azərbaycandan gələn iştirakçıları təhrik etmək qərarına gəliblər. Erməni iştirakçılarının çıxışında 1905-ci ildə Şuşa şəhərində baş verən hadisələr ilə bağlı ermənilərin saxta soyqırımı ilə əlaqədar şeri ilə çıxış ediblər.

Azərbaycan Rəqs Assosiasiyasının (ARA) prezidenti Əziz Əzizov və vitse-prezidenti Ülviyyə Həsənova buna etirazlarını bildiriblər və təşkilatçıların həmçinin, Ermənistan nümayəndələrinin üzr istəmələrini tələb ediblər. Uzun müzakirələrdən və Azərbaycan nümayəndə heyətinin etirazından sonra bu nömrə proqramdan çıxarılıb, Ermənistan nümayəndələrinə xəbərdarlıq olunub. Təşkilatçılar anlaşılmazlıq üçün üzr istəyiblər.

Ə.Əzizov deyib: “Orada olan valideynlərə və həmçinin, Buta rəqs studiyasınin rəhbəri Zaur Qasımova Azərbaycan nümayəndə heyətini dəstəklədiklərinə və Vətənə olan sevgilərinə görə təşəkkür edirəm. Ən lazımlı anda onlar nəinki yanımızda oldular, həm də bayrağımızın şərəfini qorudular”.